Saakaşvilinin maaşının məbləği açıqlandı

11 İyun 2015 15:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.

Məlumata görə, Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin bir məmur kimi maaşı 5644 qriven ( 281 manat) olacaq.

Qeyd edək ki, Saakaşvili Odessa seleksiya-genetik institutunun sahələrinə gedərkən onunla birgə Rusiyanın tanınmış teleaparıcısı və müxalifət yönümlü "Dojd" (Yağış) televiziyasının jurnalisti Kseniya Sobçak da olub.

Kseniya Sobçak bir müddət öncə bəyənat verərək təhlükəsizlik baxımından Rusiyanı tərk etdiyini açıqlamışdı və bildirmişdi ki, Boris Nemtsovun qətlə yetirilməsindən sonra ona ölümlə bağlı çoxlu təhdidlər gəlir.