Vurulan pilotsuz təyyarə İran istehsalı olub

15 Oktyabr 2012 12:35 (UTC+04:00)
İranın müdafiə naziri Əhməd Vahidi İsrail tərəfindən vurulan Hizbullaha məxsus pilotsuz təyyarənin iran istehsalı olduğunu təsdiqləyib.

AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Vahidi bildirib ki, İran ordusu bu cür pilotsuz təyyarələrə malikdir və vaxtı çatanda onlar müdafiə məqsədi ilə bu cür silahlardan istifadə edəcəklər.

O, həmçinin bildirib ki, İranın müsəlmanları qorumaq üçün bu cür pilotsuz təyyarələrdən istifadə etməsi normaldır.

Qeyd edək ki, pilotsuz təyyarə İsrail ərazisində kəşfiyyat çəkilişləri apararkən vurulmuşdu.

Sadiq Musa
AzNews.az