Bakıda “Hyundai” və “Zil” toqquşdu - 1 ölü

12 İyun 2015 00:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə nəticəsində deformasiyaya uğramış "Hyundai" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Dədəlov Müşfiq Əlizadə oğlu aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Dədəlovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.