BOK prezidenti xanımı ilə birgə Bakıya gəldi

12 İyun 2015 11:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tomas Bax və xanımı Klaudianı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, həmçinin Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

İlk Avropa Oyunlarının Açılış Mərasimi bu gün Olimpiya Stadionunda baş tutacaq.