Rusiya nümayəndə heyəti də ukraynalılarla davanı təkzib etdi – VİDEO
12 İyun 2015 12:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi I Avropa Oyunlarında iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikova istinadən yayıb.
Xatırladaq ki, "Azadlıq" qəzetində Bakının Atletlər kəndində Rusiya və Ukrayna idmançıları arasında dava düşməsi haqda yazı dərc edilib.
Ancaq araşdırmalar nəticəsində məlum olub ki, qəzetin həmin "dava" haqda yaydığı fotolar 13 iyun 2012-ci ildə polyaklarla rusların Varşavanın Narodowy stadionundakı davası zamanı çəkilən şəkillərdir.
Qeyd edək ki, polyaklarla rusların həmin davası haqda YouTube-da çoxlu sayda video yerləşdirilib.