“Avstriyalı idmançılarla bağlı insident araşdırılır” - Nazir

12 İyun 2015 12:28 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda iyunun 11-də Atletlər kəndində baş vermiş hadisə ilə bağlı araşdırma gedir. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: "Hadisə nəticəsində Avstriyadan olan üç xanım idmançı yüngül xəsarət alıb. Hazırda onların ikisinin vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib".

A.Rəhimov əlavə edib ki, hadisə nəticəsində xəsarət almış avstriyalı idmançıların müalicəsinin xərclərini Azərbaycan tərəfi üzərinə götürəcək. Onun sözlərinə görə, Azərbaycanın Avstriyadakı səfirliyi bununla əlaqədar lazimi yardımı göstərir.