AYB- Əkrəm Əylisi davası böyüyür - QALMAQAL

15 Oktyabr 2012 16:30 (UTC+04:00)


Yazıçı Əkrəm Əylisi ilə Yazıçılar Birliyinin mətbuat xidmətinin katib Ədalət Əsgəroğlu arasında başlanan "soyuq müharibə" səngimək bilmir. Bu dəfə isə qalmaqala səbəb yazıçının "Yeni Musavat"a "Mən ona cavab versəm, bu mənə əskiklik gətirər" ifadəsidir.

Ə.Əsgəroğlu AzNews.az-a açıqlamasında baş verənlərə təəccübünü gizlətmədi: "Mən bir məsələyə təəccüblənirəm. İnsanlar asanlıqla bir-birini təhqir edirlər. Amma nədənsə o təhqirlərə aydınıq gətirməyi guya, özlərinə əskiklik hesab edirlər. Yəni, bu söhbətin özündə bir saxtakarlıq var. Başa düşə bilmirəm, məni "Yeni Musavat"da təhqir etməyin məgər Sizə başucalığı gətirmişdi ki, indi cavab verməyin də əskiklik gətirsin? Millətin, yazarların qarşısında bu qədər lovğalıq etmək hansı əxlaqdan cavab verir? Biz deyirik ki, filankəs gözəl yazıçıdır və onun gördüyü işlər, ortaya qoyduğu şəxsiyyət, obrazlar, xarakterlərin hər biri məhz bu xalqa xidmət etməlidir. Xalqa xidmət eləməyəndə bu cür lovğalıqlar və əskik hərəkətlər başlayır. Mən rəva görməzdim ki, sovet dövründə formalaşmış, ad-san qazanmış bir yazıçı elə müstəqillik dövründə də ad-sanını saxlasın. Yox əgər o, ad-sanını saxlaya bilmirsə, mən buna sadəcə təəccüblənirəm. Ona görə ki, bu lovğalığın, hikkənin, təkəbbürün kökündə belə əskik hərəkətlər dayanır".

AYB-in sözçüsünün fikrincə, ziyalı satqınlığının bünövrəsi belə əskik hərəkətlərdən qoyulub: "Ədalət Əsgəroğlu olaraq deyirəm ki, bu gün ziyalı satqınlığının kökündə belə əskik hərəkətlər durur. Ona görə də ziyalı satqınlığını bir kənara qoyub, Azərbaycan xalqına xidmət eləmək lazımdır. Bizim cəmiyyətin bugünkü görünüşü Əkrəm Əylisli kimi ziyalıların hesabına olub".

Bahar Rüstəmli
AzNews.az