“Tədbirin açılışında Azərbaycanın milli ruhu var idi” - Aslan İsmayılov

13 İyun 2015 10:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində hüquq müdafiəçisi Aslan İsmayılov yazıb.

O vurğulayıb ki, tədbir çox gözəl və mənalı oldu: "Bir sözlə, möhtəşəm. Bütün məqamlar çox maraqlı idi, xüsusilə xoşuma gələn bütün yaradıcılığında məhəbbət, mənəvi varlıq, ədalət prinsiplərini özündə cəmləyən Nizami Gəncəvinin əsərləri, Qobustan, "Sarı Gəlin"imiz və Azərbaycan Bayrağı oldu".

A.İsmayılov qeyd edib ki, tədbirin açılışında Azərbaycanın milli ruhu var idi: "Birinci Avropa Oyunlarının açılış mərasimində əziyyəti olan hər kəsə təşəkkür edir və hamımızı təbrik edirəm".

Bahar RÜSTƏMLİ