Emil Əfrasiyab Beynəlxalq Caz Festivalından imtina etdi

15 Oktyabr 2012 14:45 (UTC+04:00)


Azərbaycanın caz pianoçusu Emil Əfrasiyab Bakı Beynəlxalq Caz Festivalında iştirak etməkdən imtina edib. Bunu AzNews.az-a pianoçunun özü bildirib: "Mənim yaxın adamım rəhmətə gedib. O, ailəmə yaxın adamdır.

Ona görə də bu festival çərçivəsində həyata keçirmək istədiyim konsertdən imtina etdim. Təşkilatçılara rəsmi məlumat bildirməmişəm, vəssalam".

E.Əfrasiyabın fikirincə, o, bu festivalla əlaqədar böyük bir layihə üzərində işləyib: "Həmin konsert tamaşaçılara mütləq təqdim olunacaq. Düşünürəm ki, bu konsert dekabr ayında tamaşaçılara təqdim ediləcək".

Bahar Rüstəmli
AzNews.az