Bakı Musiqi Akademiyasını Norveçlə bağlayan nədir?

15 Oktyabr 2012 13:11 (UTC+04:00)
Bakı Musiqi Akademiyası ilə Norveçin Bergen Universiteti nəzdində yerləşən "Qriq" Akademiyası arasında müqavilə imzalanıb.

Bu müqavilə çərçivəsində BMA-nın bir qrup professor-müəllim heyəti yaxın günlərdə sözü gedən ölkəyə səfər edəcək.

Bakı Musiqi Akademiyasının xarici məsələlər üzrə prorektoru Yeganə Axundovadan aldığımız məlumata görə, bu əməkdaşlıq çərçivəsində bir çox layihələrin keçirilməsi nəzərdə tutulub. Xalq artisti Fərhad Bədəlbəyli, skripkaçı Zəhra Quliyeva, professor Yalçın Adıgözəlzadə, həmçinin, BMA-nın Beynəlxalq layihələr üzrə koordinatoru Aytən Cəlilovanın Norveçə nəzərdə tutulan səfərləri bu məqsədlə həyata keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az