Planşetlər istifadəçilərinə xoş xəbər - Yeni brauzer

13 İyun 2015 13:17 (UTC+04:00)

AzNews.az İCTnews-a istinadən xəbər verir ki, brauzer "uşaq" rejiminə malikdir.
Bunun da sayəsində valideynlər uşaqların arzuolunmaz kontentdən istifadəsini məhdudlaşdıra bilərlər.

"iPad" və "Android" sistemli planşetlər üçün nəzərdə tutulan brauzer şəbəkədə brauzer üçün adi axtarış, ayrı-ayrı səhifələrin seçilmişlərə əlavə olunması və sonradan onlara baxmaq üçün saxlanılma funksiyaları ilə yanaşı, "QR" kodları oxuya, tarixçəni saxlamadan "görünməz" rejimdə işləyə və sosial şəbəkələrdə, messencer və elektron poçtla linkləri paylaşa bilir.

Brauzerin əsas səhifəsində aptek axtarışı, "Mənim evim" sorğusu, dövlət xidmətləri haqqında informasiya və s. yer alıb. İstifadəçi arzusuna görə səhifəni öz maraq və tələblərinə uyğun qura bilər.

"Sputnik" brauzerini "Apple App Store" və "Google" əlavələr mağazasından yükləmək olar. Proqram pulsuz yayılır və əlavə ödənişlər (in-app purchases) tələb olunmur, - "DailyComm" yazır.