Ledi Qaqa Bakıda gizli qalırmış - Rəsmi açıqlama

13 İyun 2015 16:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Bakı 2015"-in mərasimlər üzrə direktoru Ketrin Uqvu "Associated Press" agentliyinə bildirib.

"Ledi Qaqanı gizlin saxlamaq çox çətin idi. Ancaq o, çox nəzakətli davrandı və çıxışa qədər bir neçə gün ərzində mehmanxanada gizli qalmağa razılaşdı", - deyə K. Uqvu bildirib.

Qeyd edək ki, tədbirin açılışında sənətçi piano arxasında "İmagine" ("Xəyal et") mahnısını ifa edib.

K. Uqvunun sözlərinə görə, təntənəli tədbirdə Ledi Qaqanın səhnədə görünməsi tamaşaçılar üçün gözlənilməz olub, çünki onun çıxışı proqramda əvvəldən bildirilməyib.