"Sahil"dəki yanğın söndürüldü - Fotolar+Video (Yenilənib-2)

13 İyun 2015 18:15 (UTC+04:00)


Bu barədə AzNews.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 35 kvadratmetr ərazi yanıb: "Bina taxta konstruksiyalıdır. Ona görə də yanğının digər hissələrə də keçmək ehtimalı yüksək idi. Lakin artıq yanğının qarşısı alınıb. Yanğının söndürülməsi üçün 6 yanğınsöndürən maşın cəlb olunmuşdu. Hadisənin baş vermə səbəbləri araşdırılır. Xəsarət alan yoxdur".


***

17:31

Bakının mərkəzində güclü yanğın başlayıb.

AzNews.az xəbər verir ki, hadisə Sahil metrosu yaxınlığında baş verib. Üzeyir Hacıbəyov 56A ünvanında yerləşən 3 mərtəbəli yaşayış binalarından birinin 3-cü mərtəbəsi birdən-birə alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əçməkdaşları cəlb olunub. Hazırda yanğını söndürməyə cəhd edirlər.

Hadisə şahidlərinin sözlərinə görə, hadisənin baş verməsinin ilkin səbəbləri kimi binanın qır örtüyünün istidən alışması göstərlirir.

Fotolar və video İlqar Əhmədə məxsusdur.