“Mançester Yunayted”i rədd etdi

15 Oktyabr 2012 16:05 (UTC+04:00)


Ötən mövsüm vurduğu qollar ilə komandasının çempion olmağında böyük pay sahibi olan Levandovski Dortmunddan ayrılmaq fikrində olmadığını bilirib. Goal.com saytı yazır ki, hücumçu klubunda xoşbəxt olduğunu və "Mançester Yunayted"ın cəhdlərinin boş olduğunu deyib.
""Mançester Siti" ilə oynadığımız oyunda Aleks Ferrikson tribunada olub. Bunu bilirəm. Bundan təsirlənmədim. Çünki, klubumu dəyişmək kimi bir niyyətim yoxdur. Adada futbol oynamaq istəyərəm. Çox sürətli və sərt oynayırlar. Əlbəttə bu mənim diqqətimi çəkir ancaq, indi dəqiq bir şey deməyim çətindir." Levandovski belə deyib.

Elman Bakuvi
AzNews.az