“Biz münaqişənin tam həllinə inanırıq“ - Ceyms Uorlik

14 İyun 2015 10:39 (UTC+04:00)

Trend-in məlumatına görə, görüşdə amerikalı həmsədr Ceyms Uorlik qeyd edib ki, həmsədrlərin arzusu münaqişədən əziyyət çəkənlərin hamısının evlərinə qayıtmasıdır: " Biz münaqişənin tam həllinə inanırıq. Biz istəyirik ki, məcburi köçkünlər evlərinə- Zəngilana qayıtsınalar. Biz həmsədrlər kimi bunun tez bir zamanda baş verməsi üçün hər şeyi edirik, lakin çox şey Azərbaycan və Ermənistan prezidentlərindən və tərəflərin siyasi iradəsindən asılıdır".

C. Uorlik əlavə edib: "Biz ümid edirik ki, Zəngilandan olan insanlar doğma yurd-yuvalarına qayıda və ermnənilərlə birgə yaşaya biləcəklər. Hesab edirəm ki, Azərbaycan və Ermənistandakı valideynlər və müəllimlər uşaqları sülhə çağırmalıdırlar".