İsveçdə bomba partladı: 4 ölü

14 İyun 2015 16:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Göteborg polis idarəsi yayıb.

Hadisəni araşdıran polis deyib ki, bu terakt son illərdə bir-biri ilə münaqişəsi olan kriminal dəstələr tərəfindən həyata keçirilib.

Əsasən gənclərdən ibarət olan bu dəstələr belə addımlara tez-tez əl atırlar.

Ölən 4 nəfərdən 3-ü bir ailənin üzvləri olub. 30 yaşlı ər-arvad və onların 4 yaşlı qızı həlak olub.

Ölən 4-cü şəxsin də 30 yaşı olduğu deyilir.

Qeyd edək ki, 2013-cü ildən bəri Göteborg şəhərində gənclər arasında baş verən belə münaqişələrdə 16 nəfər ölüb, 67 nəfər yaralanıb.