İsveç şahzadəsi fotomodellə evləndi - Toydan fotolar
14 İyun 2015 17:32 (UTC+04:00)
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, şahzadə keçmiş fodomodel Sofia Hellqvist ilə nikaha girib. İsveç kralı 16-cı Karl Qustav və Kraliça Silvianın tək oğlu 36 yaşlı Filipin toy mərasimi Stokholm Kral Sarayının içində yerləşən kilsədə baş tutub. Toy mərasiminə Yaponiya və İngiltərə də daxil, Avropadakı kral ailələrinin təmsilçiləri ilə birlikdə 550 qonaq qatılıb.
Məlumat üçün bildirək ki, şahzadənin həyat yoldaşı Sofia Hellqvist 2005-ci ildə İsveç televiziyalarından birində yayımlanan "Hotel Paradise" adlı proqramda iştirak edib. 2010-cu ildən isə şahzadə ilə münasibəti olduqları barədə ictimaiyyətə məlumat verilib.
Toydan çəkilmiş fotoları təqdim edirik: