Stalinin “nəticəsi” bürünc medal aldı (Yenilənib)

14 İyun 2015 22:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Belarusu təmsil edən Cüqaşvili soyadlı idmançı İoseb Gürcüstandan olan idmançı Lakobi Kajaianı sınağa çəkərək 3:0 hesabı ilə məğlub edib.


***

19:08

Keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri İosif Cüqaşvilinin (Stalinin) soyadını daşıyan idmançı Bakıda yunan-roma güləşi üzrə yarışır.

AzNews.az xəbər verir ki, Birinci Avropa Oyunlarında Belarusu təmsil edən Cüqaşvili soyadlı idmançı İoseb bir neçə dəqiqə sonra bürünc medal uğrunda mübarizə aparacaq.

Maraqlısı isə odur ki, o, Gürcüstandan olan idmançı Lakobi Kajaianı sınağa çəkəcək.

İdmançının soyadının Stalinlə eyni olması isə marağa səbəb olub.