Mürsəliyevə qızıl medalı İlham Əliyev təqdim etdi

14 İyun 2015 21:06 (UTC+04:00)

O, yarışda qızıl medal qazanan E.Mürsəliyevi qələbə münasibətilə təbrik edib.

***

20:22

Azərbaycanlı güləşçilərimiz daha bir qızıl medal qazanıb.

AzNews.az xəbər verir ki, 75 kq çəkidə yarışan Elvin Mürsəliyev serbiyalı rəqibi Viktor Nemesi 5:1 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Onun qələbəsini Heydər Əliyev adına İdman Arenasında prezident İlham Əliyev və ailə üzvləri ayaqüstə alqışlayıblar.