Masallıda dəhşət - 12 yaşlı uşaq parça-parça oldu

14 İyun 2015 20:48 (UTC+04:00)
Masallıda 12 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.


"Qafqazinfo" xəbər verir ki, hadisə dünən rayonun Nəzəroba kəndində baş verib. Nəzərov Cəlal Cəmil oğlu ehtiyatsızlıqdan partlayıcı maddə ilə oynayaraq həlak olub.

Hadisə şahidləri bildirib ki, uşaq partlayıcı maddə ilə evin həyətində oynayırmış. Bu zaman maddə qəfildən partlayıb və uşaq parça-parça olub.

Eyni zamanda ailənin yaşadığı evin bir hissəsi dağılıb.