Türkiyəyə böyük axın
14 İyun 2015 23:42 (UTC+04:00)
Müharibə bölgəsindən qaçan minlərlə suriyalı Türkiyəyə keçə bilib.
Axar.az xəbər verir ki, Ağcaqala sərhəd məntəqəsində gözləyən üç minə yaxın Suriya vətəndaşı İŞİD-in bütün əngəllərinə baxmayaraq, Türkiyə tərəfinə keçib. Məlumata görə, koalisiya güclərinin Tel-Əbyad əməliyyatı zamanı 20-ə yaxın insan həyatını itirib.
Qeyd edək ki, kürdlər Tel-Əbyad civarında İŞİD-çilərə qarşı savaşırlar. Ən son məlumata görə, 20-yə yaxın kənd İŞİD-dən azad edilib. Hazırda bu ərazilərdə 150 İŞİD üzvünun qaldığı bildirilir.