Bakı-Quba yolunda ağır qəza - 1 ölü, 2 yaralı

14 İyun 2015 23:59 (UTC+04:00)
Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Cavadov Nazim Adil oğlunun idarə etdiyi 90 UM 739 dövlət nömrə "Mercedes" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Digər xəsarət alanlar – Bakı şəhər sakinləri, 1948-ci il təvəllüdlü Aleksandr Vasiloviç Kostin və 1948-ci il təvəllüdlü Yakalina Libov Kimafeyevadır. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.