Hacıyev: “Azərbaycanla oyunda qələbə qazanacağıq“

15 Oktyabr 2012 17:53 (UTC+04:00)
Rusiyanın "Volqa" klubunun baş məşqçisi Hacı Hacıyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı öncəsi fikirlərini açıqlayıb.

Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib: "Bəribaşdan da gözləmək olar ki, Fabio Kapello Azərbaycanla oyunda hücum xəttini gücləndirməyə çalışacaq. Lakin heyətdə ciddi dəyişikliklər olacağını düşünmürəm. Ola bilsin ki, bu, bir-iki mövqe ilə bağlı olsun. Biz Azərbaycanla oyunda qələbə qazanacağıq. Yalnız hansı hesabla olması sual doğurur".

AzNews.az