Günün ilk medalını qazandıq - FOTOLAR
15 İyun 2015 19:19 (UTC+04:00)
"Qafqazinfo"nun məlumatına görə, yarışlar Milli Gimnastika Arenasında baş tutub. 26 komandanın mübarizəyə başladığı yarışda Azərbaycan millisi 174,195 bal toplayıb.
Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız 3-cü pillədə qərarlaşıb, bürünc medalın sahibi olublar.
Oyunda birinci yerin sahibi Rusiya (178,963), ikinci yerin sahibi isə Ukrayna (177,429) olub.

