Daşqın qurbanlarının sayı 15 nəfərə çatdı

15 İyun 2015 23:08 (UTC+04:00)

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "İmedi" telekanalı məlumat yayıb. Məlumatda ölən şəxsin xilasedici olduğu bildirilir.

Cəsəd "Mziuri" parkında daşqınının fəsadlarının aradan qaldırılması üzrə aparılan işlər zamanı tapılıb. Onun xidməti vəzifəsini icra edərkən həlak olduğu bildirilir.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir.

İyunun 14-də keçən gecə baş vermiş güclü daşqın nəticəsində yaşayış binalarına, yollara və infrastruktur obyektlərə ciddi ziyan dəyib.