İranlı ekspertdən ŞOK Qarabağ bəyanatı

16 Oktyabr 2012 04:25 (UTC+04:00)


"Azərbaycan hökuməti hazırda Qarabağda yeni müharibəyə hazır deyil". Bunu İrandakı "Yeni üfiqlər" Analitik Mərkəzinin rəhbəri Qasım Maməni bildirb.

İranlı ekspertin sözlərinə görə, Azərbaycanın nə iqtisadi, nə da siyası cəhətdən müharibə hazırlığı var:" Bir sıra mühüm amillər var ki, onlara nəzər yetirəndə rəsmi Bakının hələ müharibəyə hazırlaşmadığını yəqin etmək olar. Azərbaycan müxalifəti öz məqsədinə çatmaq üçün yollar axtarır, rəsmi Bakının da bəyanatları müxalif qüvvələrə ünvanlanır".

Azərbaycanın külli miqdarda silah aldığını deyən ekspert "Azərbaycan iqtisadi və hərbi sahədə güclü ola bilər. Amma Azərbaycanın çoxlu silah alması o demək deyil ki, Rusiya, Avropa və Amerika bu silahlardan istifadəyə imkan yaradacaq" deyə vurğulayıb.

İranın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətinə gəlincə isə, iranlı ekspert iki ölkə arasındakı ümumu maraqları önə çəkib: "İran bölgədə yeni müharibə istəmir. Tehran üçün ideal variant Bakı ilə İrəvanın anlaşması olardı".

Alpər
AzNews.az