Bu gün taekvondoçular mübarizəyə başlayır
16 İyun 2015 09:27 (UTC+04:00)
AzNews.az xəbər verir ki, ilk yarış günündə biri kişi, digəri qadın olmaqla Azərbaycanın 2 taekvondoçusu güclərini sınayacaq.
58 kq
58 kq çəkidə Məhəmməd Məmmədov ilk görüşündə israilli Gili Haimovitslə üz-üzə gələcək. Gənclər arasında Avropa çempionu olan Azərbaycan idmançısı tatamiyə saat 10:45-də çıxacaq.
49 kq
Patimat Abakarova isə 49 kq çəki dərəcəsində mübarizə başlayacaq. Onun ilk rəqibi rusiyalı Aleksandra Liçaqina olacaq. Döyüşə saat 10:30-da start veriləcək.