Atəşkəs yenə pozuldu

16 Oktyabr 2012 04:41 (UTC+04:00)
Ermənistan silahlıları cəbhənin Tərtər və Cəbrayıl istiqamətlərində atəşkəsi pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri ötən gün Tərtər rayonunun Çaylı və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az