Janna Friskenin ərinin insanlığa sığmayan əməli - LifeNews

16 İyun 2015 12:56 (UTC+04:00)
O, həyat yoldaşının kritik durumda olduğunun fərqinə varmadan oğlu ilə birgə 2 gün öncə Bolqarıstana uçub.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı LifeNews telekanalı yayıb.

Məlumata görə, Jannanın ölüm anlarında onun yanında valideynləri, bacısı və yaxın rəfiqəsi Olqa Orlova olub.

Qeyd edək ki, Janna Friske Dmitri Şepelevlə rəsmi nikahda olmayıb.

"Bazar günü Dmitri təyyarəyə bilet alaraq oğlu ilə Bolqarıstana uçdu. Həkim isə ona dedi ki, getsə, bir də Jannanı görə bilməyəcək, çünki onun durumu çox pisdir", - deyə Jannanın yaxınlarından biri telekanala bildirib.

Xatırladaq ki, Janna Friske dünən saat 22.00-da dünyasını dəyişib. 2 ildir ki, beyin xərçəngindən əziyyət çəkən Janna əri Dmitri Şepelev və kiçik oğlu Platonla son aylar şəhər ətrafı bağ evində yaşayıb.