“Əl-Qaidə” liderlərindən birinin öldürüldüyü təsdiqləndi
16 İyun 2015 13:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Bundan öncə ABŞ-ın CNN televiziya kanalı Nasir əl-Vuhəyşinin qaldığı güman edilən əraziyə pilotsuz təyyarə vasitəsilə zərbə endirildiyini bildirmişdi.
Nasir əl-Vuhəyşi "Əl-Qaidə"də əhəmiyyətinə görə ikinci şəxs sayılıb.
O, təşkilatın keçmiş lideri Üsama bin Ladenin köməkçisi olub, 2007-ci ildən isə "Əl-Qaidə"nin Yəməndəki təşkilatına rəhbərlik edib.
ABŞ-da əl-Vuhəyşi 2009-cü ildə təyyarə göyərtəsində alınmamış partlayış cəhdinin hazırlanmasına görə məsuliyyət daşıyan şəxs sayılır.