“Instagram”da yer”: Bakı - FOTOLAR

16 İyun 2015 15:36 (UTC+04:00)

"TJournal" internet resursu Rusiyanın KİV-lərini və sosial şəbəkələrini araşdıraraq Bakı haqqında ən mühüm və maraqlı silsilə fotoşəkillər dərc edib.

AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, "Instagram"da yer" rubrikasında oxuculara Bakının yeni simvoluna çevrilən müasir göydələnlər, habelə görməli yerlər fonunda şelfilər və şəhər həyatının maraqlı məqamlarını əks etdirən şəkillər təqdim olunub.

Media resursunun müxbiri Olqa Jiqulina yazır: "İyunun 12-də Azərbaycanın paytaxtında birinci Avropa Oyunları start götürdü. Bu Oyunlarda iştirak etmək üçün şəhərə Avropanın hər yerindən təqribən altı min idmançı gəlib. Bakının tarixi eramızın V əsrinə gedib çıxır. O, Qafqazın ən böyük şəhəri sayılır. "TJ" Bakıya şəhər sakinlərinin, turistlərin və yarışlara gələn idmançıların gözü ilə baxıb".