Patimat Abakarova uduzdu - Yenilənib

16 İyun 2015 17:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, 1/4 finalda yunan idmançı İoanna Kutsunu 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, idmançımız yarımfinalda serbiyalı Tiyana Boqdanoviçlə üz-üzə gələcək.

***

49 kq çəki kateqoriyasında çıxış edən azərbaycanlı taekvondoçu Patimat Abakarova yarımfinal döyüşünü keçirib.

Serbiyalı Tiyana Boqdanoviçlə qarşılaşan həmyerlimiz 7:6 hesabı ilə məğlub olub.

Lakin bununla belə, Patimatın hələ də medal qazanmaq şansı var. O, bürünc medal uğrunda mübarizəni davam etdirəcək.