Azərbaycan Serbiyaya uduzdu 0-3 - YENİLƏNİB

17 İyun 2015 00:23 (UTC+04:00)
Azərbaycan 0:3 hesabı ilə Serbiyaya uduzdu.

00:05

Millimiz ikinci setdə də məğlub olur. Ümumi hesab 2:0 hesabı ilə rəqib komandanın xeyrinədir.

23:29

Millimiz ilk setdə Serbiyaya 25-22 hesabı ilə məğlub oldu (0-1)

.23:06


Kişi voleybolçular Bakı-2015 I Avropa Oyunlarında bu gün növbəti matçlarını keçirəcəklər.

Apasport.az saytının məlumatına görə, II turda Azərbaycan yığması da meydana çıxacaq.
A qrupunda yer alan komandamız Bakı Kristal Zalında Serbiya ilə qarşılaşacaq. Yığmamız ilk turda Finlandiyaya tay-brekdə uduzmuşdusa, serblər Türkiyəyə "quru hesab"la məğlub olmuşdular. Bülənt Karslıoğlunun yetirmələri bu dəfə qrupun autsayderini mütləq məğlub etməlidi.

Millimizin yer aldığı qrupda Türkiyə - Polşa qarşılaşmasına da böyük maraq olacağı gözlənilir. Çünki hər iki komanda ilk turda rəqibinə qalib gəlmişdi.

B qrupunda maraqlı vəziyyət yaranıb. Belə ki, ilk turdan qalib ayrılan komandalar məğlubları sınağa çəkəcəklər. Onlar arasında Rusiya – Belçika görüşünü xüsusi vurğulamaq lazımdı. Ruslarla yanaşı, Slovakiya və Bolqarıstan da növbəti qələbələrini qazanmağa çalışacaqlar.