Bakı-2015: Daha iki çəki dərəcəsində taekvondoçuların yarışı başlayır
17 İyun 2015 09:57 (UTC+04:00)
AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.
Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha iki üzvü tatami üzərinə çıxacaq. Kişilərin yarışında Ayxan Tağızadə, qadınların mübarizəsində isə Günay Abdullayeva qüvvəsini sınayacaq.
68 kq çəkidə təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayacaq. İdmançımızın ilk rəqibi sloveniyalı Yure Pantar olacaq.
57 kq çəkidə mübarizəyə ilkin mərhələdən başlayacaq Abdullayevənın birinci rəqibi serbiyalı Draqana Qladoviç olacaq.
Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb. Məhəmməd Məmmədov (58 kq) isə kişilərin yarışında bürünc medal uğrunda döyüşdə məğlub olub.