Xəzərin sahilində ölü balıqlar - FOTOFAKT
17 İyun 2015 10:42 (UTC+04:00)
Bu barədə AzNews.az-a Sumqayıt şəhər sakini, Sumqayıt Dövlət Dram Teatrının operator-rejissoru Anar Süleymanov məlumat verib.
O, iyunun 16-da Yaşma qəsəbəsinin dəniz kənarında gəzərkən çoxlu sayda ölü balıqlara rast gəldiyini deyib: "Ölü balıqlar bütün sahil boyu səpələnmişdi. Bilmirəm, bu nə ilə bağlı idi? Bəlkə ekoloji pozuntu baş verib? Hər halda bu fakt məni çox kədərləndirdi".




Bahar RÜSTƏMLİ
AzNews.az