“Bakı-2015“: Üç güləşçimiz növbəti mərhələdə (Canlı yayım)
17 İyun 2015 11:06 (UTC+04:00)
AzNews.az Qol.az- istinadən xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.
57 kq
Bu çəkidə ölkəmizi təmsil edəcək Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeya 9:4 hesabı ilə qalib gəlib.
65 kq
Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdə rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və 8:7 hesabı ilə qalib gəlib.
74 kq
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşəcək.
97 kq
Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk sınağı təsnifat mərhələsinə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.