Pulsuz saz kursu fəaliyyətə başladı

16 Oktyabr 2012 05:31 (UTC+04:00)
Aşıqlar Birliyində pulsuz saz kursu fəaliyyətə başlayıb. Bu barədə AzNews.az-a məlumat verən AB-nin katibi Musa Nəbioğlu bildirib ki, son zamanlar yeniyetmələr və gənclər arasında aşıq sənətinə maraq xeyli dərəcədə artıb: "İndi Bakıdakı uşaq musiqi məktəblərinin əksəriyyətində saz sinifləri var.

Amma bu sənətin sirlərini öyrənmək istəyənlərin heç də hamısı müxtəlif səbəblərdən bu məktəblərdə təhsil ala bilmirlər. Ona görə də qərara aldıq ki, aşıq sənəti ilə maraqlananlar üçün Birliyin nəzdində pulsuz kurs təşkil edək. Burada məşğələləri tanınmış saz ifaçısı Fəzail Miskinli və həmin universitetin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparırlar".

Qeyd edək ki, kursda həmçinin ifaçılılıqla yanaşı, aşıq sənəti və onun tarixi, klassik ustad aşıqlarımızın həyat və yardıcılığı haqqında da məlumat əldə edə biləcəklər.

Bahar Rüstəmli
AzNews.az