Xetaq Qazyumov da yarımfinalda
17 İyun 2015 13:27 (UTC+04:00)
AzNews.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.
97 kq çəkidə Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk təsnifat mərhələsində Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb.
Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də qələbə qazanıb - 4:0.
İdmançımız 1/4 finalda belaruslu İbrahim Saidova 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, 57 kq çəkidə Yaşar Əliyev, 65 kq çəkidə Olimpiya çempionumuz Toğrul Əsgərov da yarımfinala adlayıb. 74 kq çəkidə ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov isə ümidləri doğrultmayıb. O, yarımfinalda türkiyəli Soner Dəmirtaşa 3:5 hesabı ilə uduzub.