Azərbaycan daha bir qızıl medal qazandı (Yenilənib)

17 İyun 2015 19:54 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Toğrul Əsgərov ilk mərhələdə rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və 8:7 hesabı ilə qalib gəlib. O, 1/8 finalda moldovalı Mixail Sava ilə qarşılaşıb.

Güləşçimiz 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. T.Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə döyüşdə vaxtından əvvəl təmiz qələbə (10:0) ilə yarımfinala yüksəlib.

***

o, həlledici görüşdə fransalı Kamizo Markes Frankla üz-üzə gəlir.

***

İdmançımız 0:2 hesabı ilə geridədir.

***

Toğrul 4:2 hesabı ilə qələbə qazanır və qızıl medala sahib çıxır.


Qeyd edək ki, bu gün "Bakı-2015" Avropa Oyunlarında sərbəst güləş üzrə yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.