Tbilisi zooparkından qaçan pinqvin Azərbaycanda tapıldı

17 İyun 2015 14:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə zooparkın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, pinqvin Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı Körpünün yaxınlığındakı çayda tapılıb: "Bizə zəng edib dedilər ki, Qırmızı Körpü yaxınlığında pinqvin üzür. O yaşayır. Əməkdaşlarımız dərhal yola çıxdılar və onu yenidən Tbilisiyə gətirəcəklər".