Türkiyədə 3 günlük matəm - Süleyman Dəmirələ görə
17 İyun 2015 16:01 (UTC+04:00)
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Əhməd Davudoğlu məlumat verib. O, cümə günü Ankarada dövlət səviyyəsində rəsmi mərasim keçiriləcəyini açıqlayıb. Davudoğlu həmçinin Dəmirəlin evinə gedərək yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, S.Dəmirəl bu gecə ürək çatışmazlığından vəfat edib. Onun 91 yaşı var idi.