İsrail parlamenti buraxıldı

16 Oktyabr 2012 06:00 (UTC+04:00)


AzNews.az "İTAR-TASS"a istinadən xəbər verir ki, parlamentdə növbəti seçkinin günü də təyin edilib. Knessetə seçki 2013-cü il yanvarın 22-də keçiriləcək.

Deputatlar parlamentin buraxılması ilə bağlı debatdan 8 saat sonra yekdilliklə bu qərara səs veriblər. Beləliklə, İsrail parlamentinin oktyabrın 15-də işinə başlamış qış sessiyası cəmi 1 gün davam edib.

Xatırladaq ki, ölkədə növbədənkənar parlament seçkisinin keçirilməli olduğunu baş nazir, hakim "Likud" partiyasının lideri Binyamin Netanyahu ötən həftə bəyan etmişdi. O, hakim koalisiyanın üzvlərilə müzakirələr nəticəsində "hazırki çətin vəziyyətdə 2013-cü il üçün büdcənin qəbulunun mümkünsüzlüyünü anladıqdan sonra" bu nəticəyə gəlmişdi.

Maraqlıdır ki, son 40 ildə İsrail parlamenti tam fəaliyyət müddətini cəmi bir dəfə başa vurub. Bu, 1984-88-ci illərdə olub.


Sabir Hacıyev
AzNews.az