Beynəlxalq Caz Festivalı başlayır

16 Oktyabr 2012 06:05 (UTC+04:00)
Beynəlxalq Caz Festivalının açılış mərasimi Muğam Mərkəzindən başlayacaq. Bu barədə məlumat AzNews.az-a Caz-Sentr Mərkəzinin rəhbər işcisi Ruslan Əzizov tərəfindən verilib. Tədbir saat 19:00-da Mike Sterinin (ABŞ) ifası ilə başlayacaq. R.Əzizovun sözlərinə görə, saat 21:00-da Tofiq Cabbarov və qrupu ilə davam edəcək.

Onu da bildirək ki, festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutacaq və oktyabrın 25-nə kimi qədər davam edəcək.

Bahar Rüstəmli
AzNews.az