Bu gecə Azərbaycanda 2 ev yandı
18 İyun 2015 09:16 (UTC+04:00)
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Bakı şəhəri, Xətai rayonunda qeydə alınıb.
Belə ki, 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin mətbəxində qaz sobası, mətbəx mebeli və pəncərə çərçivəsi 3 kv.m sahədə yanıb.
İkinci yanğın isə Şəki rayon mərkəzindən 20 km aralıda yerləşən Çələbixan qəsəbəsində baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 198 kv.m birmərtəbəli 7 otaqlı evin bir otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.