Bakıda Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar xatirə dəftəri açıldı
18 İyun 2015 10:33 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata əsasən, xatirə dəftərinə başsağlığı yazmaq istəyənlər bu gün və sabah saatlarında səfirliyə baş vura biləcəklər.
Qeyd edək ki, dünən Türkiyənin doqquzuncu prezidenti S.Dəmirəl vəfat edib. S.Dəmirəlin vəfatı ilə əlaqədar olaraq ölkədə üç günlük matəm elan edilib.