İlham Əliyev Ayxanı telefonla təbrik etdi - FOTO
18 İyun 2015 10:50 (UTC+04:00)
AzNews.az Olimpiya.az-a istinadən xəbər verir ki, yarışdan dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev idmançımızla telefonla danışaraq onu bu möhtəşəm zəfər münasibəti ilə təbrik edib. Dövlət başçısı Ayxan Tağızadəyə gələcək yarışlarda uğurlar arzulayıb. Avropa Oyunlarının çempionu Ayxan Tağızadə qazandığı qızıl medalı Azərbaycan Respublikasının prezidentinə və xalqımıza həsr etdiyini bildirib.
