12 nəfəri bıçaqlayan narkoman tutuldu

16 Oktyabr 2012 06:20 (UTC+04:00)
Ötən gün Tehranın Nizamabad məhəlləsində (Şəhid Mədəni xiyabanında) bir nəfəri öldürən və 11 nəfəri bıçaqlayan narkoman bu gün polis tərəfindən saxlanılıb. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Psixotrop maddələrdən istifadə etmiş şəxs ötən gün Tehranın Şəhid Mədəni xiyabanında yerləşən məktəblərdən birinin qarşısında yoldan keçən şəxslərə və məktəblilərə hücum çəkərək 11 nəfəri yaralayıb, bir nəfəri isə öldürərək hadisə yerindən qaçmışdı.

AzNews.az