Vahid Əhmədovun qardaşı oğlu həbs edildi – Dələduzluq

18 İyun 2015 12:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "AzPolitika.info"-ya mötəbər mənbələrdən məlumat daxil olub.

N.Əhmədov vətəndaşın şikayəti əsasında Nəsimi RPİ-də başlanılmış cinayət işi çərçivəsində, təxminən 10 gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. N.Əhmədova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. O, aldatma yolu ilə adını dəqiqləşdirə bilmədiyimiz vətəndaşın 5 min manatını mənimsəməkdə şübhəli bilinir.

Məlumat hüquq-mühafizə orqanlarındakı mənbə və N.Əhmədovun yaxınları tərəfindən də təsdiqlənib. Bildirilib ki, deputatın qardaşı oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.

N.Əhmədovun əməllərindən zərərçəkənlərin bir yox, bir neçə nəfər olduğu haqda da məlumatlar var.