Hərbi patrula hücum edildi

16 Oktyabr 2012 06:51 (UTC+04:00)
Dağıstanın Buynaks rayonunda hərbi patrula hücum edilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, silahlılar iki nəfər olublar.

Hərbi patrul əməkdaşları ilə silahlılar arasında atışma baş verib. Nəticədə hər iki silahlı qətlə yetirilib. Hərbiçilərdən ölən və yaralananların olmadığı bildirilir.

Sadiq Musa
AzNews.az