“Bank of Azerbaijan” məhkəməyə verildi

18 İyun 2015 17:10 (UTC+04:00)

Bu barədə fins.az Bakı Apelyasiya Məhkəməsinə istinadən xəbər verir.

İddiaya səbəb bankın SKMF-dan cəlb etdiyi vəsaiti geri qaytarmamasıdır. Buna görə də, "Bank of Azerbaijan"dan həm kredit, həm də faiz və cərimə borcları tələb olunur. Amma söhbətin konkret hansı məbləğdən getdiyi açıqlanmır.

İşə ilk öncə bu il, martın 4-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, hakim Vüsalə Baxışovanın rəhbərliyi ilə baxılıb və SKMF-nın iddiası təmin olunub. Amma "Bank of Azerbaijan" qərardan apelyasiya şikayəti verib.

İyunun 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun rəhbərliyi ilə işə bir daha baxılıb və iddia qismən təmin edilib.

"Bank of Azerbaijan" son vaxtlar üzləşdiyi maliyyə problemləri ilə gündəmdədir. Bankın Müşahidə Şurasının sədri Hafiz Məmmədov hazırda ölkədə deyil.